“Bizə yeni mərkəz müdafiəçisi lazım deyil”

18 Avqust 2024 00:10 İspaniya 780
“Bizə yeni mərkəz müdafiəçisi lazım deyil”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının yeni mərkəz müdafiəçisinə ehtiyacı olmadığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, italiyalı çalışdırıcı mətbuat konfransında avstriyalı müdafiəçi David Alabanın tezliklə qayıdacağını bildirib:

“Bizə yeni mərkəz müdafiəçisi lazım deyil. Alaba tezliklə qayıdacaq”.

“Real”ın yeni mərkəz müdafiəçisi axtarışında olduğu bildirilirdi. “Kral klubu” “Əl-Nəsr”in futbolçusu Emerik Laportla əlaqə saxlasa da, razılığa gəlmək mümkün olmayıb.

David Alaba ötən ilin dekabrında zədələnib və o vaxtdan meydana çıxmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti