“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamalın atası Munir Nazraui bıçaqlanandan sonra vəziyyətini ilk dəfə şərh edib.
Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçunun atası indi özünü daha yaxşı hiss etdiyini bildirib:
“Allaha şükürlər olsun ki, məni xəstəxanaya apardılar. İndi özümü bir az daha yaxşı hiss edirəm.
Biz sakit olmalıyıq. Daha sakit olmalıyam, çünki başqa yolum yoxdur.
Düşünməliyik ki, haqq-ədalət öz işini görəcək, bu, ən vacib məsələdir. Təbii ki, qorxdum.
Mən özümü ölümlə həyat arasında tapdım və hər bir insan kimi qorxdum”.
Avqustun 14-də Yamalın atası Mataro şəhərində avtoparkda hücuma məruz qalmışdı.

