“Barselona” 40 milyona aldığı hücumçunu icarəyə vermək istəyir

12 Avqust 2024 12:00 İspaniya 1 456
“Barselona” 40 milyona aldığı hücumçunu icarəyə vermək istəyir

“Barselona”nın gələn mövsüm hücumçu Vitor Roke üçün ümidi yoxdur.

Sportinfo.az AS nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar braziliyalı futbolçunu icarəyə vermək istəyirlər.

Eyni zamanda, Roke özü də komandada qalmağa və ya daimi olaraq ayrılmağa razıdır.

19 yaşlı forvard yanvar ayında “Atletiko Paranaense”dən “Barselona”ya keçib. Onun transfer məbləği 40 milyon avro olub.

O, kataloniyalıların heyətində 16 oyun keçirib və 2 qol vurub. Rokenin “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu