Müqavilə bu müddətə qədər tamamlanmasa, “Barselona” nə edəcək?

11 Avqust 2024 10:15 İspaniya 1 410
Müqavilə bu müddətə qədər tamamlanmasa, “Barselona” nə edəcək?

“Barselona” “Atletik”in hücumçusu Niko Uilyamsın transferi üçün son tarixi müəyyənləşdirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu ispaniyalı vingeri avqustun 24-dək ala bilər.

Müqavilə bu müddətə qədər tamamlanmasa, “Barselona” transfer pəncərəsinin son günlərində vəziyyəti dəyişməyə çalışmayacaq.

“Atletik” 21 yaşlı futbolçunun müqaviləsində təzminat məbləği kimi nəzərdə tutulan 58 milyon avro tələb edir.

“Barselona” hələ endirimlə bağlı razılığa gələ bilməyib, lakin klub yaxın günlərdə vəziyyəti dəyişdirmək ümidini itirmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti