COP29

“Barselona” risk etdi, bədəlini biz ödəməli olduq”

11 İyun 18:20 İspaniya 982
“Barselona” risk etdi, bədəlini biz ödəməli olduq”

Niderland millisinin baş məşqçisi Ronald Kuman bildirib ki, komandanın aparıcı yarımmüdafiəçisi Frenki de Yonq 2024-cü il Avropa çempionatında oynamayacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı “Barselona”nın futbolçusunun meydana qayıtmağa hazır olmadığı üçün təəssüfləndiyini bildirib:

“Təəssüf ki, Frenki meydana qayıtmağa hazır deyil. Artıq onun belə bir zədəsi var, ona görə də, sağlamlığına diqqət yetirməlidir.

“Barselona” risk etdi, nəticədə, bunun bədəlini biz ödəməli olduq”.

De Yonq 2023/24 mövsümünün sonunda ayaq biləyindən zədə almışdı.

Niderland millisi Avropa çempionatının qrup mərhələsində Fransa, Avstriya və Polşa ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 18:10 Çək və bizə göndər!