“Qalatasaray”ın təklifini rədd etdi - “Barselona”nın yarımmüdafiəçisi

8 İyun 2024 18:20 İspaniya 800
“Qalatasaray”ın təklifini rədd etdi - “Barselona”nın yarımmüdafiəçisi

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan Türkiyənin “Qalatasaray” klubunun təklifinə cavab verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi İstanbul klubuna keçiddən imtina edib.

“Qalatasaray”ın prezidenti İlkayla görüş keçirib və bu görüşdə futbolçu “Barselona”dan getməyəcəyini açıqlayıb.

Yarımmüdafiəçinin “Barsa” ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun transferi 15 milyon avro qiymətləndirilir.

Gündoğan ötən mövsüm 51 oyun keçirib, 5 qol vurub və 14 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti