Premyer Liqa klubunun hücumçusunu almaq üçün planı var

6 İyun 2024 22:00 İspaniya 738
Premyer Liqa klubunun hücumçusunu almaq üçün planı var

“Liverpul”un hücumçusu Luis Dias hələ də “Barselona”nın transfer siyahısındadır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Sövdələşmənin əsas təşəbbüskarı klubun idman direktoru Dekudur. “Barselona” braziliyalı oyunçusu Rafinyanı satsa, Diası ala biləcək.

“Barsa” Rafinyanın transferindən yığılan pulu “Liverpul”un futbolçusunu almaq üçün xərcləmək istəyir.

Dias ötən mövsüm İngiltərə Premyer Liqasında 37 matçda iştirak edib. 27 yaşlı kolumbiyalı forvard 8 qol vurub və 5 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti