Məşhur futbolçuya dogma şəhərində heykəl qoydular - FOTO

6 İyun 2024 12:20 İspaniya 787
Məşhur futbolçuya dogma şəhərində heykəl qoydular - FOTO

İspaniya millisinin və “Barselona”nın sabiq ulduzu Andres İnyestanın heykəlinin açılışı olub.

Sportinfo.az xəbər verir ki, heykəl futbolçunun vətəni Albasete şəhərində ucaldılıb.

Heykəl futbolçunun 2010-cu il Cənubi Afrikada keçirilən dünya çempionatında topa zərbə endirdiyi anı təsvir edir.

Həmin mundialın final görüşündə Niderland millisinə yeganə qolu vuran A. İnyesta İspaniyaya dünya çempionatının qızıl medallarını qazandırmışdı.

Yarımmüdafiəçi hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Emireyts” klubunda çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti