"Mətbuatda bu klubdan mənə təklif olduğu yazılır. - Necə ayrıla bilərəm axı?"

3 İyun 2024 21:40 İspaniya 716
"Mətbuatda bu klubdan mənə təklif olduğu yazılır. - Necə ayrıla bilərəm axı?"

"Real"ın futbolçusu Rodriqonun komandadan ayrılacağı ilə bağlı iddialar var.

Sportinfo.az xəbər verir ki. adı "Mançester Siti" ilə hallanan braziliyalı hücumçu məlumatları təkzib edib.

23 yaşlı ön xətt oyunçusu Madriddə xoşbəxt olduğunu bildirib:

"Mətbuatda "Mançester Siti"dən mənə təklif olduğu yazılır. Bu mövzu haqda heç nə bilmirəm və maraqlanmıram.

Burada xoşbəxtəm. "Real"dan necə ayrıla bilərəm axı?"

"Real" Rodriqonu 2019-cu ilin yayında "Santos"dan transfer edib. Braziliyalı millisinin üzvü başa çatan mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 51 rəsmi matçda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti