“Barselona”nın vingeri Rafinya Səudiyyə Ərəbistanı klubuna keçə bilər.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu futbolçunu 100 milyon avroya satmağa hazırdır.
Futbolçunun özü isə “Barselona”da qalmaq istəyir.
Braziliyalı futbolçu 2022-ci ilin yayından kataloniyalıların heyətində çıxış edir. O, ötən mövsüm 37 matçda iştirak edib, 10 qol vurub və 13 məhsuldar ötürmə edib.

