İspaniyada mövsümün ən yaxşı futbolçuları seçildi

29 May 2024 10:00 İspaniya 568
İspaniyada mövsümün ən yaxşı futbolçuları seçildi

İspaniya La Liqasında artıq geridə qalmış mövsümün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu, “Real”ın yarımmüdafiəçisi Cud Bellingemdir.

20 yaşlı futbolçu La Liqanın 2023/24 mövsümündə 28 matça çıxıb, 19 qol vurub və 6 qolun ötürməsini verib.

Bu, Bellingemin “Real”da ilk mövsümüdür. O, ötən ilin yayından Madrid təmsilçisində forma geyinir.

“Barselona”da geyinən Lamin Yamal La Liqada ötən mövsümün 23 yaşadək ən yaxşı futbolçusu seçilib.

“Jirona”nı çalışdıran Miçel də mövsümün ən yaxşı məşqçisi elan edilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?