"Barselona" onu icarəyə göndərəcək - Portuqaliyalı üçün

10 Aprel 01:40 İspaniya 240
"Barselona" onu icarəyə göndərəcək - Portuqaliyalı üçün

"Barselona" sol cinah yarımmüdafiəçisi Ansu Fatini bu mövsüm icarə əsasında komandada çıxış edən "Atletiko"nun futbolçusu Joao Felikslə dəyişmək variantını araşdırır.

Sportinfo.az "Relevo"ya istinadən xəbər verir ki, bu sövdələşmənin həyata keçirilməsində iştirak edən əsas şəxs həm Feliksin, həm də Fatinin maraqlarını təmsil edən portuqaliyalı agent Jorge Mendesdir.

Kataloniya klubunun Feliksi klubda saxlamaqda son dərəcə maraqlı olduğu vurğulanır. Portuqaliyalı özü də karyerasını “Barselona”da davam etdirmək arzusunda olduğunu ifadə edib.

Fatinin isə Madrid klubuna keçməkdə maraqlı olub-olmadığı bəlli deyil. Bu mövsüm Fati icarə əsasında "Brayton"da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU