“Barselona”ya keçmək üçün 2 milyon avrodan imtina etdi

7 Aprel 01:40 İspaniya 268
“Barselona”ya keçmək üçün 2 milyon avrodan imtina etdi

Keçən yay “Mançester Siti”dən icarəyə götürülən “Barselona”nın müdafiəçisi Joao Kanselo Kataloniya klubuna keçmək üçün 2 milyon avrodan imtina edib.

Sportinfo.az xəbər verir ki, yay transfer pəncərəsinin bağlandığı son gündə “Barselona” hələ də maliyyə feyr-pley qaydaları ilə müəyyən edilmiş standartlara əməl etməyib.

Məhz o zaman Kanselo sonradan ödəniləcəyinə dair zəmanət olmadan 2 milyon avrodan imtina etmək qərarına gəlib.

Kanselo bu mövsüm bütün turnirlərdə 33 matçda iştirak edib. O, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti