Müqavilənin uzadılmasını müzakirə etdi - “Barselona”

6 Aprel 2024 18:40 İspaniya 526
Müqavilənin uzadılmasını müzakirə etdi - “Barselona”

“Barselona” yarımmüdafiəçisi Pedrinin agenti ilə əlaqə saxlayıb, futbolçu ilə müqavilənin uzadılmasını müzakirə edib.

Sportinfo.az xəbər verir ki, bu, təkcə müqavilənin uzadılması təklifi deyil, həm də, Kataloniya klubunun komandanın əsas üzvlərindən biri kimi gördüyü futbolçu ilə bağlı niyyət bəyanatıdır.

Pedrinin “Barsa” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

21 yaşlı ispaniyalı futbolçu 2019-cu ildən Kataloniya klubunda çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 133 matçda iştirak edib, 18 qol vurub, 12 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti