“Real”ın keçmiş ulduzunu öz yanına aparmaq istəyir - Ronaldo

5 Aprel 18:20 İspaniya 557
“Real”ın keçmiş ulduzunu öz yanına aparmaq istəyir - Ronaldo

İspaniya millisinin və “Real”ın sabiq futbolçusu Fernando Yerro Səudiyyə Ərəbistanında işləyə bilər.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssisin “Əl-Nəsr”in idman direktoru olmaq ehtimalı var.

Yerroya dəvətin təşəbbüskarı komandanın əsas futbolçusu Kriştiano Ronaldodur.

39 yaşlı portuqaliyalı futbolçu Yerronun “Əl-Nəsr”i yüksək səviyyəyə çıxara biləcəyinə inanır. Hazırda Yerro “Qvadalahara”da eyni vəzifədə çalışır.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 26 turundan sonra 62 xal toplayıb. Komanda lider “Əl-Hilal”dan 12 xal geri qalaraq, 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti