“Barsa”da qalmağa qərar verərsə, uzunmüddətli əməkdaşlıq variantını nəzərdən keçirəcək

3 Aprel 12:20 İspaniya 261
“Barsa”da qalmağa qərar verərsə, uzunmüddətli əməkdaşlıq variantını nəzərdən keçirəcək

“Barselona”nın prezidenti Xuan Laporta komandanın baş məşqçisi Xavinin klubda qalmasını istəyir.

Sportinfo.az xəbər verir ki, Laporta ispaniyalı mütəxəssisin yekun qərarını öyrənmək üçün cari mövsümün sonuna qədər gözləmək niyyətindədir.

O, Xavi “Barselona”da qalmağa qərar verərsə, uzunmüddətli əməkdaşlıq variantını nəzərdən keçirəcək.

Laporta Xavinin “Barselona”da qalmasını istəməsinin əsas səbəbi kimi gənclərlə yüksək keyfiyyətli iş, məşqçinin veteranlar arasında nüfuzu və klubun maliyyə problemlərinə yaxşı uyğunlaşmasını göstərir.

Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

44 yaşlı mütəxəssis Kataloniya klubu ilə İspaniya çempionatını (2022/2023) və İspaniya superkubokunu (2022/2023) qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti