"Bir məşqçinin mövsümün sonuna qədər qalması, qovulmasındansa..."

1 Aprel 15:40 İspaniya 245
"Bir məşqçinin mövsümün sonuna qədər qalması, qovulmasındansa..."

“Barselona”nın baş məşqçisi Xavi “Las Palmas”a 30-cu turun matçında (1:0) qalib gəldikdən sonra mövsümün sonunda komandanı tərk etmək qərarı ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı məşqçi matçdan matça vəziyyətin dəyişmədiyini bildirib:

“Gələcəyimlə bağlı bir sual? Matçdan matça vəziyyət dəyişmir. İndi sadəcə dincəlmək və PSJ ilə görüş haqda düşünmək lazımdır. Bir məşqçinin mövsümün sonuna qədər qalması, qovulmasındansa, klub və komanda üçün həmişə daha yaxşıdır”.

“Barselona”nın La Liqada 30 oyundan sonra 67 xalı var. Xavinin komandası lider “Real”dan 5 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb.

Xavi cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Bundan sonra Kataloniya komandası nəticə baxımından mövsümün ən yaxşı dövrünü keçirir və buna görə də, “Barselona” rəhbərliyi ispaniyalı mütəxəssisi gələn il klubda qalmağa razı salmağa çalışır.

Digər Xəbərlər
Xəbər Lenti