“Bu tip insanların stadionlara gəlişi qadağan edilməlidir”

1 Aprel 2024 10:00 İspaniya 600
“Bu tip insanların stadionlara gəlişi qadağan edilməlidir”

“Sevilya”nın müdafiəçisi Serxio Ramos “Xetafe” ilə oyundan (1:0) sonra İspaniya futbolunda yaranan irqçilik problemindən danışıb.

Sportinfo.az xəbər verir ki, oyun zamanı rəqib azarkeşlər Əndəlus klubunun futbolçusu Markos Akunyaya və baş məşqçi Kike Sançes Floresə irqçi münasibət göstəriblər:

“Bu tip insanlarla mübarizə aparılmalı və stadionlara gəlişi qadağan edilməlidir. Bu, futbolun imicini təmizləmək üçün lazımdır”.

“Xetafe” – “Sevilya” matçında rəqib azarkeşlər Akunyanın ünvanına “meymun”, Floresə qarşı isə “qaraçılar” şüarları səsləndiriblər.

Bundan əvvəl “Real”ın yarımmüdafiəçisi Vinisius Junior da Akunya və Kike Floresi dəstəkləyib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!