"Biz Xavini klubda qalmağa inandırmağa çalışacağıq, hər şey ondan asılıdır"

1 Aprel 01:30 İspaniya 187
"Biz Xavini klubda qalmağa inandırmağa çalışacağıq, hər şey ondan asılıdır"

“Barselona”nın vitse-prezidenti Rafa Yuste etiraf edib ki, klub mövsüm başa çatdıqdan sonra komandanın baş məşqçisi Xavini işini davam etdirməyə razı salmağa çalışacaq.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi ispaniyalı məşqçini komandada qalmağa inandırmağa çalışacaqlarını bildirib:

“Ümid edirəm və arzu edirəm ki, Xavi klubda qalsın. Onunla uzunmüddətli layihəni müzakirə edirik və 1-2 mövsümdən danışmırıq.

Biz Xavini klubda qalmağa inandırmağa çalışacağıq. Lakin hər şey ondan asılıdır”.

44 yaşlı mütəxəssis yanvar ayında mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. Xavi 2021-ci ilin noyabrından kataloniyalıları çalışdırır.

“Barselona” La Liqanın turnir cədvəlində 30 matçdan sonra 67 xalla “Real”dan 5 xal geri qalaraq, 2-cidir.

Digər Xəbərlər
Xəbər Lenti