"Onlar birbaşa həbsxanaya göndəriləndə, biz də qalib gələcəyik"

1 Aprel 00:10 İspaniya 200
"Onlar birbaşa həbsxanaya göndəriləndə, biz də qalib gələcəyik"

"Real"ın(Madrid) hücumçusu Vinisius Junior İspaniya çempionatının oyunları zamanı irqçiliyə məruz qalmış Markos Akunya, Kike Sançes Flores və Şeyk Sarraya dəstək olub.

Sportinfo.az xəbər verir ki, tez-tez özü də irqçiliklə üzləşmiş Vinisius məsələ haqda sərt danışıb:

"Mən bu həftə oynamayacam. Təkcə şənbə günü İspaniyada üç açıq-aşkar irqçilik hadisəsi baş verdi.

Mən Akunya və “Sevilya”nın baş məşqçisi Kike Floresi, eləcə də “Rayo Mayadahonda”dan olan Sarranı tam dəstəkləyirəm.

Qoy onların cəsarətləri başqalarını ruhlandırsın. İrqçilər tapılmalıdır. Onlar tribunadadırsa, matçlar davam edə bilməz. İrqçilər birbaşa stadiondan həbsxanaya göndəriləndə, biz də qalib gələcəyik".

Digər Xəbərlər
Xəbər Lenti