“Barselona”ya qayıtmaq üçün klub rəhbərliyinə müraciət etdi - Neymar

29 Mart 22:00 İspaniya 369
“Barselona”ya qayıtmaq üçün klub rəhbərliyinə müraciət etdi - Neymar

“Əl-Hilal”ın hücumçusu Neymar klubdan onu “Barselona”ya icarəyə vermələrini istəyib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı braziliyalı forvard zədəsini sağaltdıqdan sonra keçmiş komandasına qayıtmaq istəyir.

Neymar 2013-17-ci illərdə Kataloniya klubunda çıxış edib. Tərəflər hələlik mümkün müqavilə ilə bağlı danışıqlara başlamayıb.

Braziliyalı futbolçu ötən yay PSJ-dən Səudiyyə Ərəbistanı klubuna keçmişdi. O, bu mövsüm “Əl-Hilal”ın heyətində 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Neymar oktyabrın 18-də, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) ciddi zədə alıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"