Xarici işlər naziri braziliyalı hücumçuya dəstək oldu

27 Mart 01:30 İspaniya 192
Xarici işlər naziri braziliyalı hücumçuya dəstək oldu

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares futbolda irqi ayrı-seçkilik problemini fəal şəkildə gündəmə gətirən “Real”ın vingeri Vinisius Junioru dəstəkləyib.

Sportinfo.az xəbər verir ki, o, irqi ayrı-seçkiliyə qarşı olduğunu bildirib:

“İrqçilik rədd edilməlidir. Bunun ispan cəmiyyətində yeri yoxdur.

İrqçiliyə qarşı mübarizə bütün vətəndaşlar və hökumətlər üçün gündəlik problemdir. İrqçilik sosial həyatın bütün sahələrindən, xüsusən də, idmandan xaric edilməlidir”.

Daha əvvəl Vinisius mətbuat konfransında futbolda irqi ayrı-seçkiliklə bağlı sualı cavablandırarkən ağlayıb. Braziliyalı futbolçu vaxtaşırı rəqib azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qalır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!