Təklifi qəbul etsə, maaşı da artırılacaq - "Barselona" qalmasını arzulayır

27 Mart 00:10 İspaniya 174
Təklifi qəbul etsə, maaşı da artırılacaq -

"Barselona" əsas oyunçularından olan Ronald Arauxonu komandada saxlamaq istəyir.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi uruqvaylı müdafiəçinin 2026-cı ilin yayında başa çatan müqaviləsini uzatmaq istəyir.

Klub 25 yaşlı arxa xətt oyunçusuna 2029-cu ilin yayınadək nəzərdə tutulan yeni sözləşmə təklif edib. Arauxo təklifi qəbul etsə, onun maaşı da artırılacaq.

O, hələ ki, müqavilə ilə bağlı cavab verməyib. Futbolçu mövsümün başa çatmasını gözləyir.

Xəbərdə "Bavariya"nın Arauxo üçün "Barselona"ya 100 milyon avroluq təkif göndərmək istədiyi də qeyd olunub.

"Barselona" Ronald Arauxonu 2018-ci ilin yayında "Boston River"dən transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"