18 yaşlı müdafiəçi üçün 60 milyon avro ödəmək istəyir

27 Mart 00:00 İspaniya 178
18 yaşlı müdafiəçi üçün 60 milyon avro ödəmək istəyir

"Real" növbəti mövsüm üçün müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi "Lill"də çıxış edən Leni Yoronu transfer etmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.

Fransa klubu 18 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avro tələb edir. "Real" bu məbləği ödəməyə hazırdır.

Leni Yoro "Lill"in yetirməsidir. Fransa U-21 millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol vurub.

Gənc futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!