"İcarəyə getmək şansı yoxdur, Xavi onu çox sevir”

26 Mart 00:20 İspaniya 166
"İcarəyə getmək şansı yoxdur, Xavi onu çox sevir”

“Barselona”nın braziliyalı hücumçusu Vitor Rokenin maraqlarını təmsil edən agenti Andre Kuri futbolçunun yay transfer pəncərəsində icarə əsasında mümkün gedişindən danışıb.

Sportinfo.az xəbər verir ki, futbolçunun agenti Rokenin “Barselona”da çox xoşbəxt olduğunu bildirib:

“Vitor “Barselona”da çox xoşbəxtdir, onun icarəyə getmək şansı yoxdur. O, fiziki və əqli cəhətdən çox yaxşıdır və bunu meydanda sübut etmək üçün daha çox şans gözləyir. Baş məşqçi Xavi onu çox sevir”.

Roke bu qış “Atletiko Paranaense”dən 40 milyon avro qarşılığında “Barselona”ya keçib. Forvard bütün turnirlərdə 11 oyun keçirib və 2 qol vurub.

Onun İspaniya klubu ilə müqaviləsi 2031-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"