“Hazırda heç nə deyə bilmərəm, çox şey məbləğdən asılı olacaq”

24 Mart 2024 13:35 İspaniya 732
“Hazırda heç nə deyə bilmərəm, çox şey məbləğdən asılı olacaq”

“Barselona”nın prezidenti Xuan Laporta mövsümün sonuna qədər “Mançester Siti”dən icarəyə götürülən müdafiəçi Joao Kanselo və “Atletiko”dan icarəyə götürülmüş yarımmüdafiəçi Joao Feliksin klubda qalıb-qalmayacağı sualını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, o, hər iki futbolçunun Kataloniya klubunda oynamağa davam edəcəyini düşünür:

“Düşünürəm ki, onlar “Barselona”da oynamağa davam edəcəklər. Ümid edirəm ki, “Atletiko” Feliksin bizimlə qalmasına etiraz etməyəcək.

Düşünürəm ki, “Mançester Siti” də buna etiraz etməyəcək. Bu məsələ ilə bağlı agentimiz var – Jorje Mendeş.

O, bizim bu oyunçularla işləmək niyyətimizi bilir. Hazırda heç nə deyə bilmərəm, çünki çox şey tələb olunan məbləğdən asılı olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti