"Kimsə klubdan getmək istəyirsə, futbolçunun qərarına qarşı çıxa bilmərik"

24 Mart 2024 00:00 İspaniya 481
"Kimsə klubdan getmək istəyirsə, futbolçunun qərarına qarşı çıxa bilmərik"

“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Frenki de Yonqla 2026-cı ilin yayında başa çatacaq müqavilənin mümkün uzadılması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, müqavilənin müddətini uzada biləcəklərini bildirib:

“Bəli, o, “Barselona”da xoşbəxtdir. Onun ən son istədiyi şey “Barselona”dan ayrılmaq idi.

O, mənə bir neçə dəfə dedi ki, buranı çox sevir. Biz bundan məmnunuq.

Kimsə klubdan getmək istəyirsə, o zaman futbolçunun qərarına qarşı çıxa bilmərik. Amma düşünürəm ki, hamı qalmaq istəyir, biz də istəyirik ki, hamı qalsın”.

De Yonq 2019-cu ildən Kataloniya klubunda çıxış edir. Niderlandlı futbolçu bu mövsüm bütün turnirlərdə 27 matçda iştirak edib və 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti