Mbappeni Olimpiya Oyunlarına buraxmayacaq - “Real”

23 Mart 20:50 İspaniya 381
Mbappeni Olimpiya Oyunlarına buraxmayacaq - “Real”

“Real” cari mövsümün sonunda komandaya qoşulacaq hücumçu Kilian Mbappeni qarşıdan gələn Yay Olimpiya Oyunlarına buraxmaq niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu artıq Madrid klubu ilə müqavilə imzalayıb.

Mbappe ilə müqavilə bağlayanda “Real” onu Olimpiya Oyunlarına buraxmayacağını açıqlayıb və hücumçunun klubun şərtini qəbul etdiyi qeyd edilir.

2024-cü il Olimpiadasının iyulun 26-dan avqustun 11-dək keçirilməsi planlaşdırılır.

Daha əvvəl Olimpiadada Fransa gənclər yığmasında yaşı 23-dən yuxarı olan üç futbolçunun – Mbappenin, “Atletiko”nun hücumçusu Antuan Qrizmann və “Milan”ın forvardı Olivye Jirunun da iştirak edəcəyi barədə məlumat yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"