"Belə olan halda səhv edəni xaric etmək lazımdır"

23 Mart 16:55 İspaniya 457
"Belə olan halda səhv edəni xaric etmək lazımdır"

İspaniya millisinin sabiq baş məşqçisi Visente del Boske “Real”ın futbolçusu Vinisius Juniora qarşı irqçi təhqirlərdən danışıb.

Sportinfo.az xəbər verir ki, o, eyni zamanda, braziliyalı futbolçunun xarakteri ilə bağlı fikirlərini də bölüşüb:

“Xüsusilə də, irqçilik kimi həssas mövzulara toxunanda bunu xoşlamıram. Bu mövzuda zarafat da etməməlisən.

Bu oyunu oynayanlar da insanları inandırmalıdır ki, belə danışmaq yaxşı deyil. Belə olan halda səhv edəni xaric etmək lazımdır.

Vinisiusun davranışı? Bu, futboldur. Siz onu az-çox bəyənə bilərsiz, amma hər kəsin öz xarakteri var və biz onu olduğu kimi qəbul etməyə borcluyuq”.

Vinisius “Real”ın matçları zamanı mütəmadi olaraq irqçi təhqirlərə məruz qalır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!