“Biz onunla və ya başqa məşqçi ilə danışmamışıq” – Klub prezidenti

22 Mart 20:50 İspaniya 329
“Biz onunla və ya başqa məşqçi ilə danışmamışıq” – Klub prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta baş məşqçi Xavinin mümkün əvəzlənməsi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, hazırda hansısa məşqçi ilə danışmadıqlarını bildirib:

“Mən Luis Enrikeni bəyənirəm, o, çox yaxşıdır. Lakin biz onunla və ya başqa məşqçi ilə danışmamışıq, çünki Xaviyə hörmət edirik.

“Barselona”ya keçmək istəyən hər kəs mövsümün sonuna qədər gözləməlidir. Çünki biz Xavinin son qərarını gözləyəcəyik”.

Xavi daha əvvəl 2023/24 mövsümünün sonunda “Barselona”nın baş məşqçisi postundan istefa verəcəyini açıqlayıb. 44 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından komandaya rəhbərlik edir.

Kataloniya klubu La Liqada 29 turdan sonra 64 xalla ikinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!