Premyer Liqaya qayıdacaq? - "Barselona"nın vingeri

22 Mart 16:55 İspaniya 273
Premyer Liqaya qayıdacaq? -

"Barselona"nın futbolçusu Rafinya yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportinfo.az xəbər verir ki, "Tottenhem" braziliyalı vingeri transfer etmək istəyir.

London klubu 27 yaşlı on xətt oyunçusu üçün Kataloniya təmsilçisi ilə danışıqlara başlayacaq.

"Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib.

Braziliya millisinin üzvü bu mövsüm İspaniya klubun heyətində meydana çıxdığı 28 rəsmi matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kkubla müqaviləsi 2027-ci ilin iyun ayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!