"Gələcəkdə bu ehtimalı araşdıra bilərəm, amma indi yox"

22 Mart 12:45 İspaniya 256
"Gələcəkdə bu ehtimalı araşdıra bilərəm, amma indi yox"

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike qeyd edib ki, gələcəkdə Kataloniya klubunun prezidenti olmaq istəyər.

Sportinfo.az xəbər verir ki, ispaniyalı keçmiş müdafiəçi hazırda bütün diqqətini Kral liqasına yönəltdiyini bildirib:

“Uşaqlıqdan “Barselona” azarkeşiyəm və hər bazar günü “Kamp Nou”ya gedirəm. Kluba hansısa bir şəkildə kömək edə bilsəm, bunu etmək istəyirəm.

Mən belə hiss edirəm. Məncə, indi vaxtı deyil. Bütün diqqətimi Kral liqasına yönəltmişəm, biz genişlənmə prosesindəyik.

Gələcəyin nə olacağını heç vaxt bilmirsən, amma bu bir seçim ola bilər. “Barselona”nın prezidenti olmaq böyük məsuliyyətdir.

Amma nə vaxtsa bunu sınamaq qərarına gəlsəm, kluba böyük təsir göstərə bilər. Gələcəkdə bu ehtimalı araşdıra bilərəm, amma indi yox”.

37 yaşlı sabiq futbolçu 2022-ci ilin sonunda karyerasını başa vurub. O, “Barselona”nın heyətində 616 oyun keçirib, 53 qol vurub və 15 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!