Xaviyə 2 oyunluq cəza verildi - Davranışına görə

22 Mart 00:20 İspaniya 193
Xaviyə 2 oyunluq cəza verildi - Davranışına görə

“Barselona”nın baş məşqçisi Xavi “Atletiko” ilə oyunda (3:0) davranışına görə 2 oyunluq cəzalanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

La Liqanın 29-cu turunun “Atletiko” ilə oyununda Xavi hakimlə mübahisə etdiyi üçün iki dəfə xəbərdarlıq alıb və meydandan qovulub. Qarşılaşma martın 17-də baş tutub.

Xavi “Las Palmas” və “Kadis”lə matçlarda texniki zonada ola bilməyəcək.

“Barselona” hazırda La Liqada 29 oyundan sonra 64 xalla 2-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!