Sloveniya millisinin hücumçusuna göz dikib - “Barselona”

21 Mart 2024 20:50 İspaniya 636
Sloveniya millisinin hücumçusuna göz dikib - “Barselona”

“Barselona” mövsümlərarası fasilədə hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi “Leyptsiq”də çıxış edən Benjamin Şeşkonu transfer etmək istəyir.

İspaniya klubu 20 yaşlı hücumçunun müqaviləsində nəzərdə tutulan 50 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

“Leyptsiq” Şeşkonu mövsümün əvvəlində “Zalsburq”dan transfer edib. Sloveniya millisinin üzvü Bundesliqa klubunun heyətində meydana çıxdığı 34 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti