Qızı zorladı, türməyə düşdü, 1 milyon avroluq girov qarşılığında azadlığa buraxıldı

21 Mart 13:10 İspaniya 410
Qızı zorladı, türməyə düşdü, 1 milyon avroluq girov qarşılığında azadlığa buraxıldı

Barselona məhkəməsi Braziliya millisinin sabiq futbolçusu Dani Alveşi 1 milyon avroluq girov qarşılığında azadlığa buraxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Bundan əvvəl Dani Alveşin vəkili İnes Qvardiola Barselona məhkəməsinin hökmündən apellyasiya şikayəti verib və yekun hökm çıxarılana qədər məhkumun azadlığa buraxılmasını tələb edib.

Xatırladaq ki, ötən ilin yanvarında 40 yaşlı Dani Alves Barselonadakı Sutton gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub.

Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb. Daha sonra braziliyalının 4,5 illik həbsinə qərar verilmişdi.

Həmçinin mənəvi təzminat olaraq zərərçəkənə 150 min avro ödəməyə məhkum edilmişdi. Bir müddət əvvəl isə Daninin intihar etdiyi bildirilirdi. Amma sonradan yayılan xəbərlər təkzib olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti