“Barselona” kimi yüksək səviyyəli komandanın sabitliyə ehtiyacı var”

21 Mart 01:30 İspaniya 192
“Barselona” kimi yüksək səviyyəli komandanın sabitliyə ehtiyacı var”

“Barselona”nın sabiq yarımmüdafiəçisi Luiş Fiqu Xavinin Kataloniya klubunun baş məşqçi postundan gedəcəyi ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı sabiq futbolçu “Barselona” kimi yüksək səviyyəli komandaların sabitliyə ehtiyacı olduğunu bildirib:

“Oyunçularla bağlı vəziyyəti təhlil etsəz – mənim vaxtımda bu artıq baş vermişdi – o zaman insanlar mənim verdiyim qərarı (2000-ci ildə “Barselona”dan “Real”a keçmək) başa düşəcəklər.

Bütün “Barselona”lı futbolçuların necə getdiyini təhlil etsəz, başa düşəcəksiz ki, futbolda insanlar son matça görə belə, mühakimə edirlər.

Kədərlidir, amma həqiqətdir. Kataloniyalılar ötən mövsüm çempion oldu, indi isə baş məşqçi gedir.

“Barselona” kimi yüksək səviyyəli komandanın sabitliyə ehtiyacı var, xüsusən də, indi pis iqtisadi vəziyyəti nəzərə alsaq”.

Xavi İspaniya çempionatının 22-ci turunda “Vilyarreal”a 3:5 hesabı ilə uduzduqdan sonra “Barselona”dan ayrılacağını açıqlamışdı.

“Barselona” 29 turdan sonra La Liqada 64 xalla 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti