Yenidən zədələndi, mövsümü erkən başa vurdu - Kurtua

20 Mart 2024 12:45 İspaniya 507
Yenidən zədələndi, mövsümü erkən başa vurdu - Kurtua

“Real”ın qapıçısı Tibo Kurtua yenidən zədələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə Madrid təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Uzun müddətdir zədədən əziyyət çəkən və meydana qayıtmağa hazırlaşan belçikalı qolkiperin sağ dizində menisk yırtığı yaranıb.

31 yaşlı qapıçının ən azı 2 ay məşqlərdən uzaq qalacağı, mövsümü erkən bitirdiyi bildirilib.

Kurtua zədə səbəbindən ötən ilin avqustundan meydana çıxmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti