Türkiyəli məşhur barədə həbs qərarı verildi – Vergidən yayınıb

20 Mart 01:30 İspaniya 206
Türkiyəli məşhur barədə həbs qərarı verildi – Vergidən yayınıb

"Eyüpspor"un baş məşqçisi Arda Turan barədə həbs qərarı verilib.

Sportinfo.az xəbər verir ki, "Atletiko" və "Barselona" sabiq futbolçusu vergidən yayınmaqda ittiham olunub.

İspaniya məhkəməsi onun barədə 1 il həbs və 633 min avro cərimə qərarı verib.

Arda vergidən yayındığını etiraf edib. Həbs müddəti 2 ildən az olduğu üçün türkiyəli sabiq futbolçu yalnız cəriməni ödəyəcək.

Arda Turan 2011-2015-ci illərdə "Atletiko"da, 2015-2018-ci illərdə isə "Barselona"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti