"Biz hər matçda maksimum nəticə verməliyik" - “Barselona”nın yarımmüdafiəçisi

19 Mart 00:20 İspaniya 163
"Biz hər matçda maksimum nəticə verməliyik" - “Barselona”nın yarımmüdafiəçisi

“Barselona”nın yarımmüdafiəçisi Serxi Roberto İspaniya çempionatının 29-cu turunun matçında “Atletiko” üzərində səfər qələbəsi (3:0) haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu lider “Real”a çatmaq niyyətində olduqlarını deyib:

“Atletiko” ilə gözəl oyun keçirdik. Komandamız “Real”dan 8 xal geri qalır, lakin qarşıda bizi baş-başa görüş gözləyir. Biz hər matçda maksimum nəticə verməliyik”.

“Barselona” 64 xalla La Liqanın turnir cədvəlində “Jirona”nı (62 xal) qabaqlayaraq, 2-ci yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!