"O, təvazökar, ciddi və ağıllı oyunçu olduğu üçün bu vəziyyətin öhdəsindən gələcək"

18 Mart 01:40 İspaniya 411
"O, təvazökar, ciddi və ağıllı oyunçu olduğu üçün bu vəziyyətin öhdəsindən gələcək"

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Vinisius Juniorun La Liqanın 29-cu turunun “Osasuna” ilə son matçında (4:2) həddindən artıq emosionallığa görə sarı vərəqə alması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, braziliyalı futbolçunun daha təmkinli olmasının gərəkli olduğunu deyib:

“Vinisius oynadığı bütün oyunlarda təsirli olur. Amma göstərdiyi emosiyalarda daha təmkinli olmalıdır. O, təvazökar, ciddi və ağıllı oyunçu olduğu üçün bu vəziyyətin öhdəsindən gələcək”.

23 yaşlı hücumçu ilk hissənin sonunda sarı vərəqə alıb. Vinisius görüşün 4-cü dəqiqəsində ilk qolunu vurub və 64-cü dəqiqədə dubla imza atıb.

“Real” martın 31-də “Atletik”lə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!