“Özümü “Barselona”dan başqa heç bir klubda təsəvvür edə bilmirəm”

16 Mart 22:00 İspaniya 200
“Özümü “Barselona”dan başqa heç bir klubda təsəvvür edə bilmirəm”

“Barselona”nın müdafiəçisi Ronald Arauxo gələcəyi ilə bağlı sualı cavablandırıb. Uruqvaylı futbolçu komandanı tərk etmək fikrində olmadığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Arauxo özünü “Barselona”dan başqa heç bir komandada təsəvvür edə bilmədiyini söyləyib:

“Mən özümü “Barselona”dan başqa heç bir klubda təsəvvür edə bilmirəm”.

Arauxo 2018-ci ildən “Barselona”da çıxış edir. Müdafiəçi bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib və 1 qol vurub.

Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti