Yeni “10 nömrə”si 16 yaşlı hücumçu olacaq? - “Barselona”nın

16 Mart 10:00 İspaniya 398
Yeni “10 nömrə”si 16 yaşlı hücumçu olacaq? - “Barselona”nın

“Barselona”nın 16 yaşlı hücumçusu Lamin Yamal cari mövsümü icarə əsasında “Brayton”da keçirən Ansu Fatinin sonuncu dəfə geyindiyi 10 nömrəli formanı növbəti mövsümdən ala bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Catalunya Radio” məlumat yayıb.

Bu mövsüm 38 matçda 6 qol vuran və 7 məhsuldar ötürmə verən Yamal indi 27 nömrəli formada çıxış edir.

Ronaldinyonun gedişindən sonra “Barselona”da bu nömrənin ən böyük populyarlığını 2008-ci ildən 2021-ci ilə qədər argentinalı Lionel Messi gətirdi.

Messidən sonra klub bu nömrəni Ansu Fatiyə həvalə etsə də, yarımmüdafiəçi davamlı zədələr üzündən ümidləri doğrulda bilmədiyi üçün icarəyə göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti