İki oyun üçün heyəti açıqlandı - İspaniya millisinin

15 Mart 21:40 İspaniya 258
İki oyun üçün heyəti açıqlandı - İspaniya millisinin

İspaniya millisinin martda keçiriləcək yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, açıqlanan heyətə bu futbolçular çağırılıb:

Qapıçılar: Unay Simon (“Atletik”), David Raya (“Arsenal”), Aleks Remiro (“Real Sosyedad”);

Müdafiəçilər: Dani Karvahal (“Real”), Pedro Porro (“Tottenhem”), Xesus Navas (“Sevilya”), Robin Le Normand (“Real Sosyedad”), Dani Vivian (“Atletik”), Emerik Laport (“Əl-Nəsr”), Pau Kubarsi (“Barselona”) , Aleks Qrimaldo (“Bayer”), Xose Qayya (“Valensiya”);

Yarımmüdafiəçilər: Rodriqo Hernandes (“Mançester Siti”), Martin Subimendi, Mikel Merino (hər ikisi “Real Sosyedad”), Fabian Ruiz (PSJ), Oian Sunset (“Atletik”), Aleks Baena (“Vilyarreal”);

Hücumçular: Lamin Yamal (“Barselona”), Niko Uilyams (“Atletik”), Dani Olmo (“Leyptsiq”), Mikel Oyarzabal (“Real Sosyedad”), Pablo Sarabiya (“Vulverhempton”), Jerar Moreno (“Vilyarreal”), Xoselu (“Real”), Alvaro Morata (“Atletiko”).

Martın 22-də ispaniyalılar Kolumbiya millisi, martın 26-da isə Braziliya yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti