Mərakeş millisində çıxış edəcək - “Real”ın yarımmüdafiəçisi

15 Mart 10:20 İspaniya 401
Mərakeş millisində çıxış edəcək - “Real”ın yarımmüdafiəçisi

“Real”ın yarımmüdafiəçisi Brahim Dias Mərakeş millisində çıxış edəcək.

24 yaşlı futbolçu martın sonunda Anqola və Mavritaniya ilə keçiriləcək yoldaşlıq oyunları üçün Mərakeş yığmasına çağırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl İspaniya Kral Futbol Federasiyası yarımmüdafiəçinin xidmətinə maraq göstərməmişdi.

Dias Malaqada (İspaniya) anadan olub, lakin onun valideynləri Mərakeş köklərinə malikdir. Futbolçu İspaniya millisinin heyətində cəmi bir yoldaşlıq oyunu keçirib – 8 iyun 2021-ci ildə.

Dias bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “kral klubu” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti