Qol vursa, onunla rəqs edəcək - Futbolçusuna söz verib

15 Mart 2024 00:00 İspaniya 1 027
Qol vursa, onunla rəqs edəcək - Futbolçusuna söz verib

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa son iki mövsümdə “kral klubu”nda qol vura bilməməsi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu baş məşqçinin ona növbəti qolu vuranda onunla rəqs edəcəyini dediyini bildirib:

“Karlo Ançelotti mənə növbəti qolu vuranda mənimlə rəqs edəcəyini söylədi. Amma bunun nə vaxt baş verəcəyini və nə vaxt uğur qazanacağımı bilmirəm”.

21 yaşlı futbolçu bu mövsüm “Real”ın heyətində 31 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib. Onun “kral klubu” ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!