"O, qərar qəbul edib, nəsə dəyişsə, bu barədə danışmağa məcbur olacağıq"

14 Mart 15:40 İspaniya 223
"O, qərar qəbul edib, nəsə dəyişsə, bu barədə danışmağa məcbur olacağıq"

“Barselona”nın idman direktoru Deku baş məşqçi Xavinin bu yay komandanı tərk etmək qərarını şərh edib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi Xavinin getməsini istəmədiklərini bildirib:

“Biz Xavinin getməsini istəmirdik. Amma düşünürəm ki, bunu dəfələrlə təkrar etməyin mənası yoxdur.

O, qərar qəbul edib, bunu açıq şəkildə səsləndirib və nəsə dəyişsə, biz bu barədə danışmağa məcbur olacağıq”.

Xavi daha əvvəl cari mövsümün sonunda “Barselona”nın baş məşqçi postundan istefa verəcəyini açıqlamışdı. 44 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından komandaya rəhbərlik edir.

“Barselona” La Liqanın 28 turundan sonra 61 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komanda Çempionlar Liqasının cari mövsümündə 1/4 finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti