“Barselona” Xavini mövsüm bitmədən qovacaq?

6 Mart 2024 00:00 İspaniya 647
“Barselona” Xavini mövsüm bitmədən qovacaq?

"Barselona"nın baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılacağını bildirib.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssisin Kataloniya təmsilçisindən gedişi daha tez baş tuta bilər.

Xavinin gələcəyi Çempionlar Liqası 1/8 final mərhələsinin "Napoli" ilə cavab matçından asılıdır. Komanda turnirdə mübarizəni dayandırsa, 43 yaşlı mütəxəssis istefaya göndəriləcək.

Xavi 2021-ci ilin noyabr ayından "Barselona"nı çalışdırır. Komanda onun rəhbərliyi altında ötən mövsüm ispaniya La Liqasının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti