"Qarabağ"a qol vurdu, La Liqa klubuna TRANSFER OLDU

5 Mart 2024 00:10 İspaniya 813
"Qarabağ"a qol vurdu, La Liqa klubuna TRANSFER OLDU

"Braqa"nın futbolçusu Alvaro Calo karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, "Atletik" 24 yaşlı vingerin keçidini həll edib.

Bu barədə Bilbao təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İspaniyalı ön xətt oyunçusu yayda yeni komandasına qoşulacaq. Onunla 2029-cu ilin yayına kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.

Alvaro Calo "Braqa"nın yetirməsidir. O, bu mövsüm Avropa Liqası pley-off mərhələsinin Bakıda keçirilən oyununda (2:3) "Qarabağ"a qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!