"Qarabağ"a qol vuran hücumçuya 20 milyon ödəyir - İspaniyanın tanınmış klubu

4 Mart 2024 01:40 İspaniya 768
"Qarabağ"a qol vuran hücumçuya 20 milyon ödəyir - İspaniyanın tanınmış klubu

"Braqa"nın hücumçusu Alvaro Djalo "Atletik"ə keçir.

Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, İspaniya klubunun "Braqa" ilə razılaşdığını və keçidin gələn həftə rəsmiləşəcəyini bildirib.

Bilbao təmsilçisi ispaniyalı futbolçu üçün "Braqa"ya 20 milyon avro ödəyəcək.

"Braqa" Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olub. Komandalar arasında Bakıda keçirilən cavab matçında qollardan birini Djalo vurub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!