”Onun qovulması bizi narahat etmir, çünki təhqir eləmədi, “bu, lənətə gəlmiş qoldur” dedi”

3 Mart 2024 21:40 İspaniya 550
”Onun qovulması bizi narahat etmir, çünki təhqir eləmədi, “bu, lənətə gəlmiş qoldur” dedi”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 27-ci turunun “Valensiya” ilə oyununda (2:2) qırmızı vərəqə alaraq meydandan qovulan yarımmüdafiəçisi Çud Bellingemi müdafiə edib.

Sportinfo.az xəbər verir ki, o, ingilis futbolçunun meydandan qovulmasının səbəbi haqda bunları deyib:

“Bellingemin meydandan qovulması bizi narahat etmir, çünki o, hakimi təhqir etməyib.

Bellingem ona “Bu, lənətə gəlmiş qoldur!” dedi. Lakin onu təhqir etmədi”.

20 yaşlı yarımmüdafiəçi dünən “Valensiya” ilə matçda hakimlə mübahisə etdiyi üçün final fitindən sonra qırmızı vərəqə alıb. Matçdan sonra məlum olub ki, mübahisə zamanı o, hakimi təhqir edib.

Digər Xəbərlər
Xəbər Lenti